"Az-Kom Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti Azerbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsi tərəfindən 31.05.2011-ci il tarixdə 1302508161 (VÖEN) nömrəsi ilə qeydiyyata alınmışdır. Müəssisənin yaradılmasında məqsəd - neft məhsullarının ticarəti və ölkədə müasir standartlara cavab verən və gabaqcıl texnologiyalara asaslanan toksiki istehsalat tullantılarının utilizasiyasını həyata keçirmək.
Oz fəaliyyətini həyata keçirərkən müəssisə 2011-ci ildə Azerbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edərək Heydər Əliyev adina Neft Emalı Zavodunun 9 nömrali sexində yiğilib qalmış neft şlamının təmizlənməsini, daşınmasını yüksək keyfiyyətlə va qısa müddət ərzində həyata keçirmişdir. 2012-ci ildə Ekoloji təmizlik işlərinin aparılmasında "Ekol" Şirkəti ilə birgə fəaliyyət həyata keçirməyə başlamışdır və 150 ildən artıq fəaliyyət göstərib şəhərin Qara Şəhər adlanmasına səbəb olan zavodların 50 hektardan çox ərazilərini, həcmi 85000 m3 olan Nobel qardaşlarından qalma 4 anbarın, Ərzurum qəsəbəsində çənlər parkındaki gölməçələrin təmizlənməsi işini başa çatdıraraq bu əraziləri ekoloji yararlı vəziyyətə gatirilmişdir ki, bu da "Ag Şəhər" in salınması üçün əlverişli şarait yaratmişdır.
2016-2017-ci illərdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində mövcud olan və tullantı neft məhsulları ilə çirklənmiş göllərin təmizlənməsi işlərini uğurla həyata keçirilmişdir. Öz fəaliyyətini müəssisə Azarbaycan Respublikasının iqtisadiyyət Nazirliyi tərəfindən təqdim edilmiş EL-526/2019 qeydiyyat nömrəli 21 avqust 2019-cu il tarixli Xüsusi Lisenziya əsasında həyata keçirir. Lisenziyaya asasən müəssisəyə icazə verilən fəaliyyət növü - Toksiki istehsalat tullantılarının utilizasiyasi.
İstehsal gücü
İstehsal proqramına müəssisə tərəfindən quraşdırılmış emal zavodunun hesabına gün ərzində 60 l tullantı yağlarını emal etmək gücünə malikdir. Müəssisə istehsal prosesini 1 növbədən ibarət ay ərzində 30 iş günü həyata keçirilməsini nəzərdə tutur. Beləliklə il ərzində nominal olaraq emal olunan məhsulun miqdarı 21900 ton təşkil edir. Bunun nəticəsində aşağıda qeyd olunan miqdarda məhsulların istehsalı mümkündür.
• SN 150 baza yağı – 3 285 t/il
• SN 350 baza yağı – 4 928 t/il
• SN 500 baza yağı – 8 213 t/il
• Bitum – 2 847 t/il
• Dizel – 1 478 t/il
İtehsalın təhlükəsizliyi va ekoloijı məsələlər
"Az-Kom Servis" - İstehsalat obyektində ekolojı baxımdan və müvafiq təhlükəsizlik standartlarına uyğun təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirərək istehsal həyata keçirir. Belə ki, fəaliyyət zamanı iş şaraitini təşkil edərkən müəssisə istehsal prosesini beynalxalq ISO - 9001 - 2000 idaraetmə menecment, ISO - 14001 - 2004 ekologiya menecmenti, OHAS - 18000 əməyin təhlükəsizliyi və sənayə təhlükəsizlik menecmenti standartlarının tələblərinə uyğun həyata keçirir.
Çirklənmiş ərazilərin təmizlənməsində Azerbaycanın öz standartları var
Abşeron yarımadası 200 iə yaxın tarixi olan neftçixarma rayonudur. Vaxtı ilə mütərəqqi neftçixarma texnologiyasının olmaması, ətraf mühitin mühafizəsinin ən sadə tələblərinə belə riayət edilməməsi yarımadada çoxlu neft və neft məhsulları ilə çirklənmiş torpaq sahələrinin yaranmasına səbəb olub. Neft yataqlarının istismarı zamanı torpaqların münbit gatı deqradasiyaya məruz qalıb. Bunun nəticəsində torpaq səthinin mexaniki pozulması, münbit məhsuldar torpaq sahələrinin bitki örtüyündən məhrum olması müşahidə olunur. Bu torpaqlar neftli tullantılarla həm eninə, həm də dərinliyə dogru müxtəlif dərəcədə çirkləniblər.
Neftlə çirklənmiş torpaqların rekultivasiya texnologiyası
Hazırda dünya ölkələrində neftlə çirklənmiş torpaqların rekultivasiya texnologiyasının bir standart modeli yoxdur. Buna səbəb, ilk növbədə, neft və
qaz çıxarılan rayonların müxtəlif fiziki-cografı zonalarda yerləşməsidir. Konkret metodun seçilməsi çirklənmənin səviyyəsindən, neftin tərkibindən,
çirklənmə müddətindən, torpağin fiziki-kimyəvi və su-fiziki xəssələrindən, landşaft və iqlim şəraitindən və s. asılıdır.
5-10% -dən artıq neftlə çirklənmiş sahələrdə əsaslı rekultivasiya tədbirləri həyata keçirilməmişdən əvvəl, qalıq neft məhsullarının sahədən çıxarılması
ilə bağlı işlər yerinə yetirilməlidir. Təcrübə göstərir ki, bu yolla çirklənmə dərəcəsi 10-20% olan torpaqların hər hektarından 1-2 ton neft ayırmaq
mümkündür. Torpaq qatından neft intensiv aparılan biotexnologiya üsullarının köməyilə kənar edilir.
Neftlə çirklənmiş ərazilərin rekultivasiya üsulları
Neft və neft məhsulları ilə çirklənmiş torpaqların sağlamlaşdırılması üçün müasir dövrdə aşağıdaki üsullar tətiq olunur
- Mexaniki
- Bioloji
- Kimyəvi
- Biotexnoloji
Mexaniki rekultivasiya.
Bu üsulda neftlə çirklənmiş torpaq qatı sahədən çixarılaraq yuma sexinə daşınılır. Sexdə torpağın yuyulmasə üçün vidroələklərdən, hidrosiklonlardan, buxar qurğusundan, nasoslardan, transportyorlardan istifadə olunur.
Bioloii rekultivasiya.
Torpaqda neftlə çirklənməə 5-7%-dən artıq olduqda mexaniki rekultivasiya işlərindən sonra sahədə bioloji rekultivasiya tədbirlərinin həyata keçirilməsi məsləhət görülür. Bu üsuldan, asağı çirklənmə dərəcələrində torpaq gatının sağlamlaşdırılmasında sərbəst (fitomeliorasiya), digər rekultivasiya üsulları ilə birlikdə də istifadə oluna bilər.
Kimyəvi rekultivasiya
Neftlə çirklənmiş torpaq|arın kimyəvi rekultivasiyasına torpağa yüksək aktivli absorventlərin, əhəngin, natrisulfatın, dəmir oksidinin, üzvi və mineral gübrələrin və gipsin verilməsilə əlaqədar aparılan işlər daxil edilir. Bu yolla torpaq qatının neftdən təmizlənilməsi tədbirlərinin
səmərəsi reagentlərin və ekotoksikanların reaksiya xüsusiyyətlərindən çox asılıdır
Biotexnoloji rekultivasiya.
Bu üsul torpaqdaki çirkləndiriciləri parçalamaq qabiliyyətinə malik olan mikroorganizmlərdən istifadə etməyi nəzərdə tutur. ləndiriciləri parçalamaq
qabiliyyətinə malik olan mikroorganizmlərdən istifadə etməyi nəzərdə tutur.
Məlum olduğu kimi çirklənmiş torpaq və ya su mühitində adi halda gedən bioloji proses nəticəsində öz-özümü təmizləmə gedən bioloji proses, mühitdə mövcud olan mikroorqanizmlərin çirkləndiriciləri parçalanma qabiliyyətinə asaslanır.